Konfrans Liqası: 1/4 final mərhələsinin ilk oyunları keçirildi

11 Aprel 2025 05:20 (UTC+04:00)

UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib. SİA xəbər verir ki, “Çelsi” səfərdə “Legiya”nın, “Fiorentina” isə “Sele”nin qonağı olub.

“Rapid” İsveçdə “Yuroqrdenlə qarşılaşıb. “Betis” isə doğma meydanda Polşa “Yagelloniya”sını qəbul edib.

UEFA Konfrans Liqası

1/4 final, ilk oyunlar

10 aprel

“Legiya” (Polşa) - “Çelsi” (İngiltərə) - 0:3

“Betis” (İspaniya) - “Yagelloniya” (Polşa) – 2:0

“Sele” (Sloveniya) - “Fiorentina” (İtaliya) -1:2

“Yurqorden” (İsveç) - “Rapid” (Avstriya) - 0:1

Qeyd edək ki, UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin cavab qarşılşamaları aprelin 17-də keçiriləcək.