Azərbaycan hərbçiləri Moskvada 9 May paradında iştirak edəcəklər

11 Aprel 2025 03:52 (UTC+04:00)

Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında iştirak edəcəklər. SİA xəbər verir ki, bunu TASS agentliyinə Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev söyləyib.

“80 nəfər Azərbaycan hərbçisi mayın 9-da Moskvada keçiriləcək paradda iştirak edəcək”, - deyə diplomat qeyd edib.

Onun sözlərinə görə, yaxın vaxtlarda hərbçilər məşqlərdə iştirak etmək üçün Moskvaya gələcəklər. “Bu, bizim ümumi tarixdir, bu, bizim qələbədir”, - deyə Rəhman Mustafayev vurğulayıb.