Qəbələdə özbaşına aparılan hasarlama işlərinin qarşısı alınıb

10 Aprel 2025 19:20 (UTC+04:00)

Qəbələ Rayon İcra Hakimiyyəti, rayon polis şöbəsi, Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzi və digər aidiyyəti qurumların əməkdaşları Qəbələ ərazisində özbaşına aparılan tikililərin və torpaq zəbtlərinin qarşısının alınması məqsədilə monitorinqləri davam etdirirlər.

SİA-nın məlumatına görə, rayon icra hakimiyyətindən bildirilib ki, növbəti monitorinq zamanı rayonun Nohurqışlaq kəndi ərazisindən keçən hissəsinin mühafizə zolağında vətəndaş tərəfindən özbaşına aparılan hasarlama işlərinin qarşısı alınaraq ərazi boşaldılıb.