Azərbaycan Taekvondo Federasiyasının (ATF) Hakimlər Komitəsinin sədri Gündüz Abdullayev beynəlxalq turnirlərə təyinat alıb. SİA xəbər verir ki, bu barədə ATF-nin mətbuat xidməti məlumat yayıb.
Beynəlxalq dərəcəli referi Estoniyanın paytaxtı Tallində bu gün startı verilən və aprelin 15-dək davam edəcək Avropa Qran-prisində, alublararası Avropa çempionatında və “Tallin open” beynəlxalq turnirində Azərbaycanı təmsil edəcək.