Ağstafada bıçaqlanan məktəbli xəstəxanadan evə buraxılıb - YENİLƏNİB

10 Aprel 2025 14:45 (UTC+04:00)

Ağstafada bıçaqlanan məktəbli xəstəxanadan evə buraxılıb. Bu barədə SİA-ya TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, aprelin 9-u saat 12:40 radələrində Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə 2010-cu il təvəllüdlü şəxs sol budun aşağı 1/3 hissəsinin kəsilmiş-deşilmiş yarası ilə hospitalizasiya edilib.

Pasiyentə zəruri tibbi yardım göstərilib, cərrahın baxışından sonra saat 14:40 radələrində ambulator müalicə üçün evə buraxılıb.