Bakıda Türkiyə və İsrail rəsmiləri arasında görüş olub

10 Aprel 2025 13:48 (UTC+04:00)

Azərbaycanda aprelin 9-da Türkiyə və İsrail rəsmiləri arasında görüş keçirilib. SİA xəbər verir ki, məlumatı Türkiyə Milli Müdafiə Nazirliyindəki mənbələr yayıb.

Bildirilib ki, bu, "Suriyada münaqişəsizlik" mexanizminin ilk texniki görüşü olub.

"İsrail Suriyaya aid hərbi bazaları hədəf alır. Həmçinin, İsrail Türkiyəni haqsız ittihamlarla hədəf göstərir. Türkiyə isə Suriyada İsraillə münaqişədə olmaq istəmədiyini dəfələrlə vurğulayıb", - məlumatda qeyd edilib.