AFFA rəhbərliyi Yaşar Vahabzadəni təbrik edib

10 Aprel 2025 13:41 (UTC+04:00)

AFFA rəhbərliyi veteran futbolçu Yaşar Vahabzadəni 65 illik yubileyi münasibətilə təbrik edib. SİA xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

AFFA-nın baş katibi Cahangir Fərəcullayev və icraçı vitse-prezidenti Sərxan Hacıyev veteran futbolçuya üzərində "65" yazılan xatirə hədiyyəsi təqdim edib.