AFFA rəsmisi FIFA-nın sammitində iştirak edir

10 Aprel 2025 12:58 (UTC+04:00)

AFFA-nın Hüquq şöbəsinin rəisi Günay Zamanlı Braziliyanın Rio de Janeiro şəhərində keçirilən FIFA Komplayens Sammitində iştirak edir. SİA milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, tədbirdə FIFA-nın üzv assosiasiyalarında komplayens sistemlərinin gücləndirilməsi, etik prinsiplərin tətbiqi və beynəlxalq əməkdaşlığın inkişafı mövzusunda müzakirələr aparılır.

Günay Zamanlı sammit çərçivəsində beynəlxalq ekspertlərlə təcrübə mübadiləsi apararaq AFFA-nı bu sahədə təmsil edir.