Sumqayıt şəhərində ötən gün küçə itlərinin hücumuna məruz qalan 5 yaşlı uşağın vəziyyəti sabitləşib. Bu barədə TƏBİB-dən SİA-ya verilən cavabda bildirilib.
Qeyd olunub ki, 2025-ci il aprelin 8-də saat 18:00 radələrində it dişləməsi diaqnozu ilə Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Uşaq Xəstəxanasına yerləşdirilən 2020-ci il təvəllüdlü şəxsin (kişi) müalicəsi davam etdirilir.
Başın dişlənmiş-didilmiş yarası diaqnozu təyin edilən pasiyentin vəziyyəti stabil qiymətləndirilir.