Azərbaycanla Türkiyə arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub - FOTOLAR

10 Aprel 2025 12:18 (UTC+04:00)

Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev aprelin 9-da Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün ilə görüşüb. Bu barədə SİA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüş çərçivəsində Türkiyə ilə cari əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə edilib.