Şəmkirdə iki ədəd əl qumbarası tapılıb

10 Aprel 2025 11:48 (UTC+04:00)

Şəmkirdə iki ədəd əl qumbarası aşkar edilib. SİA-nın məlumatına görə, Şəmkir şəhəri ərazisində su arxının kənarında 2 ədəd "F-1" əl qumbarası tapılıb.

Polis əməkdaşları və digər aidiyyəti qurumların əməkdaşları hadisə yerinə gəlib və əl qumbaraları götürülüb.

Faktla bağlı araşdırma aparılır.