Portuqaliya millisinin və “Ən-Nəsr”in ulduzu Kriştiano Ronaldonun Mərakeşdəki hotelində yanğın baş verib. SİA bu barədə “Goal” nəşrinə istinadən xəbər verir. Məlumata görə, “Pestana CR7” adlı 4 ulduzlu hotelə ciddi ziyan dəyib. Hadisə nəticəsində xəsarət alan olmayıb. İlkin məlumata görə, yanğına səbəb qısaqapanma olub.