"Bavariya” Müllerlə pula görə yollarını ayırıb?

10 Aprel 2025 07:10 (UTC+04:00)

"Bavariya”nın baş direktoru Yan-Kristian Driesen Münhen klubun əfsanəsi Tomas Müller ilə müqaviləni niyə uzatmamaq qərarına gəldiklərini açıqlayıb. SİA xəbər verir ki, o, bu sözləri deyib: “Artıq qərar vermişik. İndi biz səbirsizliklə gözləyirik və yaxın bir neçə həftə və aylarda birlikdə uğur qazanmaq istəyirik. Biz həmişə bir-birimizə bağlı olacağıq. Bu, idman qərarı idi. Söhbət pul məsələsi deyildi”. Müller yetirməsi olduğu “Bavariya”da 25 ildir çıxış edir. O, əsas komanda 743 oyun keçirib, 247 qol vurub və 273 məhsuldar ötürmə edib. Tomas həmçinin 2 dəfə Çempionlar Liqasının və 12 dəfə isə Bundesliqanın qalibi olub. Ümumilikdə isə 32 kubok qazanıb.