Donald Tramp Çinə tətbiq etdiyi tarifi 125 faizə yüksəldib

9 Aprel 2025 22:10 (UTC+04:00)

ABŞ Prezidenti Donald Tramp Çinə tətbiq etdiyi tarifi 125 faizə yüksəltdiyini açıqlayıb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki,o yeni tarifin dərhal qüvvəyə minəcəyini bildirib. Tramp bu addımı Çinin dünya bazarlarına hörmətsizlik etməsini əsas gətirərək atdığını bəyan edib.

“Yaxın gələcəkdə Çin başa düşəcək ki, ABŞ-ı və digər ölkələri talamaq artıq dayanıqlı və ya qəbuledilən deyil”,- deyə Tramp əlavə edib.