…Baş ağrısı böyükləri ayda bir və ya iki dəfədən çox narahat etməməli, uşaqda isə ümumiyyətlə olmamalıdır.
SİA-nın məlumatına görə, bunu deyən mütəxəssisin sözlərinə görə, baş ağrıları xüsusilə ayda 15 dəfədən çox baş verərsə, ciddi xəstəliklərin əlaməti ola bilər.
Belə narahatlıq ürəkbulanma, zəiflik və uyuşma ilə müşayiət olunarsa, dərhal həkimə müraciət etməlisiniz.
…Bu əlamətlər insultdan xəbər verə bilər, ona görə də vaxtında tibbi müdaxilə həyatını xilas edə bilər.
Həmçinin kəllə-beyin travması olduqda mütəmadi olaraq həkimə müraciət etmək lazımdır.
Bunu həkim vurğulayıb.
Mütəxəssis qeyd edib ki, qadcetlərdən gündə 12 saatdan artıq istifadə zamanı baş ağrıları yarana bilər. Smartfonun parlaq ekranı gözlərin yorulmasına və görmə qabiliyyətinizə əlavə stress yaradır ki, bu da baş ağrılarına səbəb ola bilər.
Nazlı Almuradova