Bakıda 20 min manatlıq oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

9 Aprel 2025 15:56 (UTC+04:00)

Bakının Yasamal rayonu ərazisində yerləşən tikintilərin birindən 20 min manat dəyərində armatur oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, orada çalışan 32 yaşlı E.Cabbarov və 27 yaşlı S.Nəsirov müəyyən olunaraq saxlanılıblar.

Araşdırmalar aparılır.