Azərbaycan cüdoçuları Polşada təlim-məşq toplanışındadırlar

9 Aprel 2025 15:36 (UTC+04:00)

Azərbaycanın cüdo üzrə gənclərdən ibarət millisinin üzvləri Polşanın Poznan şəhərində keçirilən beynəlxalq təlim-məşq düşərgəsinə qatılıblar. Azərbaycan Cüdo Federasiyasının mətbuatdan xidmətindən SİA-ya verilən məlumata görə, hazırlıq prosesi bu gün başa çatacaq.

Toplanışa yığmanın baş məşqçisi Rüstəm Alimli və məşqçi Elxan Rəcəbli rəhbərlik edir. Bu, mayın 3-4-də Türkiyənin İstanbul şəhərində keçiriləcək gənclər arasında Avropa Kubokuna hazırlıq məqsədi daşıyır.