İtaliyanın Bolonya şəhərində dünyanın ən əhəmiyyətli kitab sərgilərindən biri keçirilib. 62-ci dəfə keçirilən bu beynəlxalq sərgidə ölkəmiz xüsusi stendlə təmsil olunub. SİA xəbər verir ki, sərgi günlərində Bakı Şəhər İcra Hakimiyyəti və AMEA Tarix İnstitutunun birgə layihəsi olan “Vətən müharibəsi tarixi – Şəxsiyyət faktoru” kitabının təqdimatı da keçirilib. Sərginin işində iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvləri qonaqlara kitabı təqdim edərək iştirakçılara kitab haqqında geniş məlumat veriblər.
Qeyd edək ki, bu kitabda Vətən müharibəsində qazanılan şanlı Qələbənin memarı kimi Prezident İlham Əliyevin müdrik siyasəti, qətiyyəti, yüksək intellekti, dahi sərkərdəlik qabiliyyəti əksini tapıb. Kitab 10 xarici dilə tərcümə edilib və bir sıra xarici dövlətlərdə təqdimatı keçirilib.