Şəmkirdə 42 yaşlı kişinin meyiti tapılıb

9 Aprel 2025 11:41 (UTC+04:00)

Şəmkirdə meyit aşkarlanıb. SİA-nın məlumatına görə, meyit Şəmkir şəhəri ərazisində, rayon mərkəzi xəstəxanasının keçmiş binasının 3-cü mərtəbəsində tapılıb.

Araşdırma zamanı məlum olub ki, meyiti tapılan şəxs 1983-cü il təvəllüdlü R.Həsənovdur.

Meyitin üzərində zorakılıq izləri aşkar edilməyib.

Faktla bağlı araşdırma aparılır.