Mərkəzi Gömrük Hospitalının Uşaq Cərrahiyyəsi şöbəsinin rəisi, uzman uşaq cərrahı Dr. Vüsal Cəfərov 16 aprel 2025-ci il tarixində saat 16:00-da “Uşaqlarda böyrək və sidik çıxarıcı sistemin daşlarına yanaşma” mövzusunda canlı yayımda çıxış edəcək. SİA xəbər verir ki, Canlı yayım Mərkəzi Gömrük Hospitalının rəsmi Facebook səhifəsi üzərindən yayımlanacaq (https://www.facebook.com/customshospital/).
✅ Uşaqlarda rast gəlinən böyrək daşları niyə yaranır?
✅ Hansı əlamətlərə diqqət etmək lazımdır?
✅ Valideynlər nə zaman həkimə müraciət etməlidir?
✅ Müasir müalicə üsulları hansılardır?
Bu və bir çox digər önəmli sualların cavablarını canlı yayımda əldə edə bilərsiniz! Suallarınızı öncədən və ya canlı yayım zamanı ünvanlaya bilərsiniz! Əlavə məlumat üçün (012) 404 08 08 telefon nömrəsinə zəng etmək mümkündür Övladınızın sağlamlığına dair önəmli məlumatları birbaşa mütəxəssisindən öyrənin!
Qeyd edək ki, Dr. Vüsal Cəfərov 2009-cu ildə Azərbaycan Tibb Universitetinin pediatriya fakültəsini bitirdikdən sonra 2011-2016-cı illərdə İstanbul Cərrahpaşa Universitetinin Tibb fakültəsinin Uşaq Cərrahiyyəsi və Uşaq Urologiyası bölməsində uzmanlıq təhsili almışdır. Dr. Vüsal Cəfərov 2016-cı ildən etibarən Mərkəzi Gömrük Hospitalında uşaq cərrahı kimi çalışır. O, uşaqlarda anadangəlmə inkişaf qüsurlarının, yenidoğulmuş uşaqların cərrahi problemlərinin, uşaqlarda rast gəlinən təcili patologiyaların müalicəsi üçün aparılan əməliyyatları, həmçinin, müxtəlif növ uşaq uroloji əməliyyatlarını həm açıq cərrahiyyə, həm də laparoskopik üsulla icra edir. O,dünya mətbuatını mütəmadi olaraq izləyir, tibb elminin nailiyyətləri ilə tanış olur, onları öyrənir və öz təcrübəsində tətbiq edir. Dr.Vüsal Cəfərovun “Xayanın xayalıqdan kənar yerləşməsi” elmi məqaləsi 12 oktyabr 2019-cu il tarixində “Elsevier” nəşriyyat evinə daxil olan nüfuzlu “Journal of Pediatric Surgery Case Report” jurnalının online versiyasında ingilis dilində işıqlanıb. Dr. Vüsal Cəfərov Türk Təbiblər Birliyinin, Türk Uşaq Cərrahiyyəsi Dərnəyinin və Türk Hipospadiya Dərnəyinin üzvüdür.
Həmçinin, Mərkəzi Gömrük Hospitalının Uşaq Cərrahiyyəsi şöbəsinin rəisi, uzman uşaq cərrahı Dr. Vüsal Cəfərovun müxtəlif mövzularda canlı yayımlarını Mərkəzi Gömrük Hospitalının rəsmi youtube kanalında izləyə bilərsiniz.
Mərkəzi Gömrük Hospitalının
PR mütəxəssisi Dilarə Zamanova