Qızılın bahalaşması davam edir

9 Aprel 2025 09:49 (UTC+04:00)

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb. SİA birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə iyun fyuçerslərinin qiyməti 1,52% artaraq 3 035,7 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə may fyuçerslərinin qiyməti də 0,64% artaraq 29,88 ABŞ dollarına bərabər olub.