İndoneziyada 5 bal gücündə zəlzələ baş verib

9 Aprel 2025 07:44 (UTC+04:00)

İndoneziyada 5 bal gücündə zəlzələ qeydə alınıb. SİA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri təxminən 679 min nəfər əhalisi olan General Santos şəhərindən 156 km cənub-şərqdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.