Gecə klubunda ölənlərin sayı 44 nəfərə çatdı - YENİLƏNDİ

9 Aprel 2025 04:04 (UTC+04:00)

Dominikan Respublikasında gecə klubunun damının uçması nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb. SİA xəbər verir ki, bu barədə ABC ölkənin müdafiə idarəsinə istinadən məlumat yayıb.

“Paytaxt Santo-Dominqoda yerləşən “Jet Set” gecə klubunda azı 44 nəfər ölüb və 160 nəfər yaralanıb”, – məlumatda deyilir.