Gimnaziada: Stolüstü tennis üzrə Azərbaycan millisi 1/4 finala yüksəlib

8 Aprel 2025 18:38 (UTC+04:00)

Serbiyada keçirilən Gimnaziada İdman Oyunlarında stolüstü tennis yarışlarının qrup mərhələsi başa çatıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, dörd görüşün üçündə qalib gələn oğlanlardan ibarət yığma C qrupunda 2-ci yeri tutub. Aprelin 10-da keçiriləcək 1/4 final görüşündə komandamız D qrupunda birinci olan Polşa ilə qarşılaşacaq.

Qızlardan ibarət milli komanda isə beş görüşün ikisində qələbə qazanaraq P qrupunda 4-cü olub. İki gündən sonra komandamız 5-8-ci yerlər uğrunda mübarizə aparacaq. Burada da ilk rəqib Polşa seçməsi olacaq.