…Yeni nəsil Audi A6 sedanının ilk fotoları dərc olunub. Modelin təqdimatı bir həftə sonra baş tutacaq. Yeni modelin ilk detalları alman avtomobil istehsalçısının rəsmi saytında açıqlanıb.
SİA xəbər verir ki, yeni altıncı nəsil Audi A6 vaqon kuzovunda (Avant) debüt etdin, lakin sedan öz sıralarında qalacaq.
Tizerlər göstərir ki, dördqapılı model dar, bölünmüş arxa işıqlar alacaq. Ön tərəfdən Audi A6 sedanı universaldan heç də fərqlənməyəcək.
Avtomobilin dizaynı daha zərif olacaq - kənarlar daha hamar xətlərlə əvəz olunacaq. Audi A6 sedanının interyeri göstərilməyib, lakin onun tərtibatı heç bir dəyişikliyə məruz qalmayacaq və Avant ilə eyni olacaq.
Bu o deməkdir ki, ön paneldə üçə qədər ekran quraşdırıla bilər. Seçimlərə dörd zonalı iqlim nəzarəti və ChatGPT daxildir.
2025-ci il Audi A6 sedanının buraxılışdan vaqonla eyni mühərrikləri alacağı gözlənilir. Bu o deməkdir ki, o, 2,0 litrlik (204 at gücü) və 3,0 litrlik (367 at gücündə) turbomühərrikli benzin mühərrikləri, həmçinin 2,0 litrlik 204 at gücündə turbodizellə təklif olunacaq.
Ön təkərli və tam ötürücülü versiyalar mövcud olacaq.
Nazlı Almuradova