Azərbaycanda iqtisadi təmərküzləşmə üzrə baxılan müraciətlərin sayı 4 dəfə artıb

8 Aprel 2025 15:43 (UTC+04:00)

Bu ilin yanvar-fevral aylarında Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi iqtisadi təmərküzləşmə əməliyyatları üzrə 36 müraciətə baxıb. SİA Agentliyə istinadən xəbər verir ki, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 dəfə çoxdur.

"İqtisadi təmərküzləşmələrə nəzarət bazarda rəqabətin qorunmasına xidmət edir. Təsərrüfat subyektlərini innovativ inkişafa təşviq etməklə, istehlakçılara uyğun qiymət və yüksək keyfiyyətli məhsulların təqdim olunmasını təmin edir. Bu isə son nəticədə iqtisadiyyatın davamlı inkişafına töhfə verir”, - deyə agentlik bəyan edib.