…Avatr öz model çeşidinin əsaslı yeniləməsinə hazırlaşır: 2026-cı ildən etibarən brend Changan tərəfindən hazırlanmış yeni modul platforma SDA 2.0-a keçəcək.
SİA-nın məlumatına görə, yeni platformanın ilk modelləri G618 kod adı ilə tanınan flaqman krossover və D706 indeksli miniven olacaq. Hər iki model Huawei-dən avtopilot alacaq, lakin məlumat-əyləncə sistemi şirkət daxilində hazırlanacaq.
Digər təfərrüatlar hələlik açıqlanmayıb.
Krossoverin debütü 2026-cı ilin iyun ayına planlaşdırılıb. Yeni platforma komponentləri Deepal və Qiyuan konserninin digər iki markası ilə birləşdirməyə imkan verəcək.
Bu, avtomobillərin istehsalının maya dəyərini azaldacaq, lakin bunun onların qiymətində əks olunub-olunmayacağı hələ məlum deyil.
Nazlı Almuradova