Azərbaycan və İsrail xarici işlər nazirləri görüşüb

8 Aprel 2025 13:19 (UTC+04:00)

Azərbaycan və İsrail xarici işlər nazirləri görüşüb. SİA xəbər verir ki, bu barədə İsrail XİN rəhbəri Gideon Saar bildirib.

O, azərbaycanlı həmkarı Ceyhun Bayramovla Əbu-Dabidə bir sıra məsələləri müzakirə etdiyini vurğulayıb.

İsrailli nazirin sözlərinə görə, Azərbaycanla münasibətlər genişlənir və strateji, diplomatik, iqtisadi, enerji və digər aspektləri əhatə edir.

“Onları gücləndirməyə davam edəcəyik!”, - Gideon Saar əlavə edib.