AFFA İntizam Komitəsi I Liqa təmsilçisi "Qaradağ Lökbatan"a texniki məğlubiyyət verib. SİA xəbər verir ki, bu barədə qurumun iclasında qərar qəbul olunub.
Belə ki, XX turun “Cəbrayıl” – “Qaradağ Lökbatan” oyununda qonaq komandanın heyətində adları matçın protokolunda olmayan futbolçular meydana çıxıb. Bu səbəbdən kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
“Qaradağ Lökbatan” həmçinin 400 manat cərimələnib.