Aprelin 7-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 10,5 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, 1,1 kiloqrama yaxın heroin, 5,3 kiloqrama qədər marixuana, 4 kiloqramdan artıq metamfetamin qanunsuz dövriyyədən çıxarılıb.
Bu sahədə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.