Ceyranbatanda üzərinə beton aşan 46 yaşlı fəhlə ölüb

8 Aprel 2025 11:19 (UTC+04:00)

Ceyranbatan qəsəbəsində üzərinə beton lövhə düşən 46 yaşlı fəhlə ölüb. SİA-nın məlumatına görə, hadisə Ceyranbatan qəsəbəsində yerləşən beton zavodunda baş verib.

1979-cu il təvəllüdlü Saməddin Nurəddin oğlu Rüstəmov zavodda qaynaq işi görərkən üzərinə beton lövhə aşması nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.