Bu gün Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusuna “İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən tapşırıqların qiymətləndirilməsi texnologiyası” ilə tanış olmaq üçün mediatur təşkil olunur. SİA xəbər verir ki, mediaturda açıq tipli yazılı cavab tələb edən tapşırıqlar, onların emalı, markerlərin seçimi və hazırlığı haqqında məlumat veriləcək, həmçinin martın 2-də və 9-da keçirilmiş buraxılış imtahanlarının yazı işlərinin yoxlama prosesini müşahidə etmək imkanı yaradılacaq və jurnalistlərin sualları cavablandırılacaq.