Kişi özündən 12 yaş balaca xalası oğlunu öldürməkdə şübhəli bilinir

8 Aprel 2025 10:53 (UTC+04:00)

Bakıda kişi xalası oğlunu öldürməkdə şübhəli bilinir. SİA xəbər verir ki, hadisə ötən gün Qaradağ rayonu, Sahil qəsəbəsində qeydə alınıb.

1986-cı il təvəllüdlü Hüseyn Şirinov bıçaqla xalası oğlu 1998-ci il təvəllüdlü Nail Həsənovu öldürüb. Hazırda Hüseyn Şirinovun saxlanması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.