Gədəbəydə 3 otaqlı ev yanıb

8 Aprel 2025 09:30 (UTC+04:00)

Gədəbəydə 3 otaqlı ev yanıb. Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, rayonun İnəkboğan kəndində ümumi sahəsi 100 m² olan taxta konstruksiyalardan ibarət kürsülü, birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.