"Əl-Nəsr”in futbolçusu Kriştiano Ronaldo və Corgina Rodriguez 900 km/saat sürətə çata bilən və 9000 km-ə qədər uçuş məsafəsinə malik yeni şəxsi “Bombardier Global Express” təyyarəsi alıblar. SİA xəbər verir ki, təyyarə 17 nəfər sərnişini qəbul edə bilər. 3 istirahət otağı, şəxsi yataq otağı, duşlu vanna otağı və mətbəxdən ibarətdir. “İnstaqram”da paylaşılan bəzi fotolarda qızıl elementli dəri oturacaqlar da görünür. Bu, Ronaldonun ilk təyyarəsi deyil. O, əvvəllər “Gulfstream G200”-ə sahib idi. Lakin yüksək texniki xidmət xərclərinə görə onu satıb. Cütlük artıq yeni təyyarədən səyahətlər üçün istifadə etməyə başlayıb.