Serbiyada keçirilən Gimnaziada İdman Oyunlarında yunan-Roma güləşi üzrə yarışlara start verilib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Luçani şəhərində təşkil edilən yarışlarda Azərbaycanın 10 təmsilçisi mübarizə aparıb. Onlardan 9-u fəxri kürsüyə qalxıb.
Hüseyn Əmrahlı (38 kiloqram), İsfahan Həsənov (75 kiloqram), Zöhrab Səfərov (85 kiloqram) qızıl, Əli Cavadlı (41 kiloqram), Amin Məmmədov (44 kiloqram) gümüş, Qurban Məcnunov (52 kiloqram), Abdurahman Hüseynli (48 kiloqram), Eldəniz Allahverdiyev (57 kiloqram) və Əli Məmmədov (68 kiloqram) isə bürünc medal əldə ediblər.
Qeyd edək ki, ötən gün sərbəst güləş yarışında Azərbaycan komandası 10 medal (2 qızıl, 3 gümüş və 5 bürünc) qazanıb.