Gimnaziada: Azərbaycan qılıncoynadanı qızıl medal qazanıb

7 Aprel 2025 16:35 (UTC+04:00)

Serbiyada keçirilən Gimnaziada İdman Oyunlarında qılıncoynatma yarışlarının şpaqa növünə start verilib. SİA xəbər verir ki, Nova Varoş şəhərində təşkil olunan yarışların ilk günündə Azərbaycan təmsilçiləri Aydan Atakişiyeva, Mirunay Abasova və Esnat Mirzəyeva mübarizəyə qoşulublar.

A.Atakişiyeva 1/8 finalda, E. Mirzəyeva isə 1/4 finalda məğlub olublar.

Mirunay Abasova isə finala kimi irəliləyib. O, həlledici raundda çinli idmançıya 15:11 hesabı ilə qalib gələrək qızıl medala sahib çıxıb.

Qeyd edək ki, Gimnaziadaya aprelin 12-də yekun vurulacaq.