Məktəb ətrafında neqativ hərəkətləri ilə diqqət çəkən şəxs polisə dəvət olunub

7 Aprel 2025 15:53 (UTC+04:00)

Məktəb ətrafında bir nəfərin neqativ hərəkətləri ilə bağlı sosial şəbəkələrdə paylaşılan və ajiotaj daşıyan məlumatlar polis əməkdaşları tərəfindən araşdırılıb. DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli SİA-ya bildirib ki, həmin şəxs müəyyən olunaraq polis orqanına dəvət edilib.

Araşdırmalarla xüsusi narahatedici halın baş vermədiyi müəyyənləşib.

"Tərəflər verdikləri izahatda bunun anlaşılmazlıq olduğunu bildiriblər", - o qeyd edib.