Azərbaycan çempionatında növbəti matçlar keçirilib

7 Aprel 2025 12:01 (UTC+04:00)

Qadın həndbolçular arasında Azərbaycan çempionatının final mərhələsində daha bir oyun keçirilib. SİA-nın məlumatına görə, I-IV yerlər uğrunda matçda "Kür" "Qarabağ"ı qəbul edib.

Mingəçevirdə baş tutan görüşdə qalib müəyyənləşməyib - 27:27.

Kişilərdən ibarət "Kür" kollektivi isə "Qarabağ"ı məğlub edib. Mingəçevir təmsilçisi rəqibini 41:25 hesabı ilə üstələyib.