Şəki və Şirvan rayonlarının apellyasiya məhkəmələrinə yeni hakimlər təyin edilib. SİA xəbər verir ki, bununla bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müvafiq məsələlər müzakirə olunub.
Sənədə əsasən, Musayev Vüqar Ələkbər oğlu (Şəki İnzibati Məhkəməsinin hakimi) və Musayev Taleh Valeh oğlunuin (Şəmkir Rayon Məhkəməsinin hakimi) Şəki Apellyasiya Məhkəməsinin hakimləri təyin edilməsi təklif olunub.
Şirvan Apellyasiya Məhkəməsinə isə Əliyev Əli Abdulla oğlu (Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi), Sultanov Cavid Rizvan oğlu (Ağdaş Rayon Məhkəməsinin hakimi), Quliyev Ceyhun Əmir oğlu (Masallı Rayon Məhkəməsinin hakimi), Sadıqov Mirlətif Süleyman oğlunun (Saatlı Rayon Məhkəməsinin hakimi) hakim təyin edilməsi qərara alınıb.
Bununla barabər, layihəyə əsasən, Elşad İbiş oğlu Əliyevin vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi də nəzərdə tutulub.
Layihələr müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub.