Naxçıvan Ali Məhkəməsinə yeni hakim təyin ediləcək

7 Aprel 2025 10:29 (UTC+04:00)

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə yeni hakim təyin ediləcək. SİA xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılacaq.

İclasda M.Ə.Əliyevin adıçəkilən məhkəməyə hakim təyin edilməsi məsələsinə baxılacaq.

Həmçinin Bakı, Sumqayıt, Şəki və Şirvan Apellyasiya Məhkəmələrinə hakimlərin təyin və vəzifədən azad edilməsi də iclasın gündəliyində yer alıb.