Qarabağ Universitetinin rektoru “Qarabağ”ın qonağı oldu

7 Aprel 2025 07:09 (UTC+04:00)

Qarabağ Universitetinin rektoru professor Şahin Bayramov “Qarabağ” klubunun qonağı olub. SİA xəbər verir ki, görüş Premyer Liqanın 29-cu turunun “Qarabağ” – “Zirə” oyunu çərçivəsində baş tutub. Klub prezidenti Tahir Gözel və rektor arasında səmimi fikir mübadiləsi aparılıb. Şahin Bayramov “Qarabağ” Futbol Klubunu Qarabağ Universitetinə dəvət edib. Tahir Gözel bu dəvətə müsbət münasibət bildirib. O vurğulayıb ki, komandanın yaxın planlarında bölgəyə – o cümlədən Xankəndi və digər azad edilmiş şəhərlərə səfər nəzərdə tutulur: “Bu təşəbbüsü yüksək qiymətləndiririk. Qarabağ bölgəsinə səfər bizim də planlarımızda var və bu istiqamətdə addımlar atmağa hazırıq”.

Görüş zamanı tərəflər gələcək əməkdaşlıq imkanlarını da müzakirə ediblər.