DİQQƏT: Sabah Bakının iki qəsəbəsində işıq olmayacaq

7 Aprel 2025 03:40 (UTC+04:00)

Binəqədi rayonunda yenidənqurma və təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq. SİA xəbər verir ki, bu barədə "Azərişıq" ASC-dən məlumat verilib. Bildirilib ki, Binəqədi Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində 6 kV-luq hava xəttində təmir işlərinin aparılması və yeni Transformator Məntəqəsinin quraşdırılması işləri ilə əlaqədar 7 aprel tarixində bir sıra qəsəbələrdə elektrik xətləri sifarişə əsasən açılacaq. Bununla əlaqədar olaraq saat 11:00-dan saat 16:00-dək Sulutəpə və Xocəsən qəsəbələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma və təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.