İrandan Trampa təhdid

7 Aprel 2025 03:04 (UTC+04:00)

İranda ultra-mühafizəkar "Keyhan" qəzeti Qasim Süleymaninin qisasını almaq üçün ABŞ Prezidenti Trampı öldürməklə hədələdikdən və "Süleymaninin qisasını almaq üçün bir gün onun boş başına güllə dəyəcəyini" yazdıqdan sonra hədəf mərkəzinə çevrilib. SİA xəbər verir ki, "A Haber" məlumat yayıb. Bildirilib ki, sözügedən yazı ölkənin müxtəlif dairələrinin reaksiyasına səbəb olub. Mədəniyyət və İslami İrşad Nazirliyinə bağlı İran Mətbuat Nəzarət Şurası həmin yazıya görə qəzetə xəbərdarlıq edib. "Ölkə rəhbərliyinin Süleymani sui-qəsdi ilə bağlı mövqeyi günahkarların beynəlxalq məhkəmədə mühakimə olunmasını təmin etməkdir", - şuradan bildirilib.