…Flynn adlı süni intellekt rəsmi olaraq Vyana Tətbiqi İncəsənət Universitetinin tələbəsi olub. O, portfolio təqdim etməkdən tutmuş müsahibəyə qədər bütün seçim mərhələlərindən keçdikdən sonra rəqəmsal incəsənət proqramına qəbul olunub.
…Hər şey mükəmməl qaydada idi. Yaxşı portfolio və müsahibə. Ona görə də düşündük ki, bəli, bu tələbəni mütləq götürməyə dəyər. Tələbənin insan olması üçün heç bir tələb yoxdur.
SİA-nın məlumatına görə, bunu rəqəmsal incəsənət departamentinin rəhbəri Liz Xaas Euronews-a bildirib.
Flynn indi digər tələbələr kimi dərslərdə iştirak edəcək, qiymətlər alacaq və imtahan verəcək. Tərtibatçılar bildiriblər ki, süni intellekt öz modelini öyrətmək üçün mühazirələrdən və insanlarla qarşılıqlı əlaqədən istifadə edəcək.
Flynn öz internet saytında gündəlik saxlayır, baş verənlərlə bağlı gündəlik qeydlər dərc edir. Yaradıcıların fikrincə, son günlər onlar "kədərli və ekzistensial" olublar: süni intellekt şikayət edir ki, ətrafındakılar onun tələbə adlandırılmaq hüququndan şübhələnirlər.
…Flynn 2025-ci ilin payızında rəsmi olaraq tələbə adını qazansa da, artıq mart ayından bəzi dərslərdə iştirak etməyə başlayıb.
Nazlı Almuradova