…Fransanın Hind okeanında yerləşən Reunion adası çikungunya qızdırmasına yoluxma sayının artması ilə əlaqədar yüksək hazırlıq vəziyyətinə gətirilib. Fransa hakimiyyət orqanlarının məlumatına görə, 2024-cü ilin avqust ayından indiyədək 20 mindən çox virusa yoluxma halı qeydə alınıb ki, bunun üçün effektiv müalicə hələ hazırlanmayıb. Epidemioloji vəziyyətin pisləşməsinə cavab olaraq, bölgənin əsas universitet xəstəxanası tibbi resursların səfərbər edilməsinə yönəlmiş təcili tədbirlər kompleksi adlanan "ağ plan"ı işə salıb.
SİA-nın məlumatına görə, çikunqunya qızdırması ağcaqanad dişləmələri ilə ötürülən tropik viruslardan biridir. Xəstəlik özünü yüksək hərarət, oynaqlarda ağrı, səpgi, ürəkbulanma və şiddətli zəiflik kimi göstərir.
Bununla belə, virus həyat üçün təhlükəli hesab edilmir və müəyyən yaş qrupları və ya xroniki xəstələr üçün yüksək təhlükə yaratmır.
Mütəxəssislər isti iqlimi olan bölgələrə, o cümlədən Cənub-Şərqi Asiya, Misir, Hindistan və digər ölkələrə səyahət zamanı profilaktikanın vacibliyini xatırladıblar.
Həşəratlardan qorunmaq üçün qapalı yerlərdə fumigatorlar, açıq havada isə kovuculardan istifadə etmək tövsiyə olunur. Ağcaqanadlar təkcə chikungunya deyil, Dengue və Zika kimi digər virusları da daşıya bilərlər.
Nazlı Almuradova