Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün sonuncu turuna yekun vurulub

6 Aprel 2025 16:11 (UTC+04:00)

Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün sonuncu – XX turuna yekun vurulub. SİA-nın məlumatına görə, turun bağlanış qarşılaşması Gəncə İdman Sarayında baş tutub.

B qrupunun matçında ev sahibi "Gəncə" "Sumqayıt"ı 94:92 hesabı ilə məğlub edib.

Qeyd edək ki, XX turun əvvəlki matçlarında "Şəki" "Lənkəran"ı 107:78, “Ordu” “Quba”nı 97:88, "Neftçi" "Abşeron"u 85:77, "Sərhədçi" NTD-ni 103:77, "Sabah" isə "Naxçıvan"ı 111:89 hesabı ilə məğlub edib.