Azərbaycanın gənc qılıncoynadanları Çində dünya birinciliyində iştirak edəcəklər

6 Aprel 2025 11:23 (UTC+04:00)

Azərbaycan qılıncoynadanları Çində keçiriləcək yeniyetmə və gənclərin dünya birinciliyində iştirak edəcəklər. SİA xəbər verir ki, sablyaçılar artıq yarışın təşkil olunacağı Usi şəhərinə yollanıblar.

Qeyd edək ki, dünya birinciliyi aprelin 7-dən 15-dək davam edəcək.