Gürcüstanda zəlzələ olub

6 Aprel 2025 09:42 (UTC+04:00)

Gürcüstanda 3,6 maqnitudalı zəlzələ olub. SİA xəbər verir ki, bu barədə Gürcüstan Milli Seysmik Monitorinq Mərkəzi bildirib. Mərkəzə görə, təbiət hadisəsinin episentri paytaxt Tbilisidən 12 km cənub-qərbdə olub. Yeraltı təkanların ocağı 24 km dərinlikdə yerləşib. Dağıntı və tələfat barədə məlumat verilməyib.