Rusiyada pişik Haçiko sahibinin məzarında yeddi il yaşadıqdan sonra ölüb.
SİA-nın məlumatına görə, bu barədə könüllülərə istinadən AiF məlumat yayıb.
Qırmızı ev heyvanının əslən Dağıstandan olduğu, lakin fevral ayında müalicə üçün Sankt-Peterburqa aparıldığı dəqiqləşdirilir.
Haçiko bütün lazımi prosedurlardan keçib və yeni ev tapmağa hazır imiş, lakin ölüb.
İndi o, Dağıstana qaytarılaraq sahibi ilə birgə dəfn olunacaq. Ev heyvanının sahibi 2018-ci ildə dünyasını dəyişib və o vaxtdan pişik qəbiristanlığa köçüb. ə
Xədicə adlı yerli sakin deyir ki, bir dəfə məzarın üstündəki heyvanı görüb yazığı gəlib onu evinə aparıb, amma pişik sonradan yenə qəbirə qayıdıb.
Nazlı Almuradova